Bu şəhərdə hər 17 dəqiqədə bir nəfər koronavirusdan ölür
Nyu-Yorkda hər 17 dəqiqədən bir koronavirusa yoluxanların ölmə faktı qeydə alınır. “Ölkə.Az” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Mətbu orqanının xəbərinə görə, təcili tibbi yardım həkimlərinin işi 40 faiz artıb. Təcili tibbi yardım mərkəzinə gündəlik 6500 zəng daxil olur. Zəngin çoxluğundan xəttə 170 nəfər gözləməli olur. Vəziyyətdən çıxış yolu kimi Nyu-York Yanğın departamentin vətəndaşlara müraciət edərək, ancaq təcili tibbi yardıma ürəklərində və ağ ciyərlərində problem olduğu təqdirdə zəng vursunlar. Hyu-York ictimai xəstəxanasının həkimi Steve Kassapidis şəhrədə baş verənləri cəhnnəm adlandırıb. Onun sözlərinə görə, həkimlər xəstələri qəbul emtəyə vaxt çatdırmır: “Xəstələr gətirilir və onlar aparata qoşulur. Daha sonra onlar ölürlər və hər şey bax beləcə yenidən təkrarlanır. Davamlı olaraq paseintlər xəstəxanaya gətirilir”. Tibb işçiləri isə tibbi ləvazimatlarının çatışmadığını bildirirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət