Slimfit
  1. TEXNOLOGİYA

Bu saytları nə dövlət orqanları, nə də internet provayderlər bağlaya bilməyəcək

Bu saytları nə dövlət orqanları, nə də internet provayderlər bağlaya bilməyəcək
Sakura

Desentralizasiya olunmuş domenlər:  Unstoppable Domains Tim Dreyperin dəstəyi ilə 4 milyon dollar əldə…

Ens.az xəbər verir ki, San-Fransiskoda yerləşən Unstoppable Domains blokçeyn startapı internetin, ən azından qeydiyyatdan keçirilmiş domenlər üzərində nəzarətə azadlıq uğrunda mübarizədəki missiyasını elan edir. CoinDesk yazır ki, indi bu təşəbbüsə məşhur bitcoin həvəskarı Tim Dreyperin şirkəti Draper Associates vacib töhfə verib.

Draper Associates  A seriyası üzrə maliyyələşdirmə mərhələsinə rəhbərlik etmişdir ki, bu prosesdə Unstoppable Domains 4 milyon dollar cəlb edib. Mərhələnin digər iştirakçısı Adam Dreyperin şirkəti Boost VC idi ki, 2018-ci ilin dekabr ayında bu startapa 730 min dollar başlanğıc investisiya yatırmışdı.

“Söz azadlığının bütün dünyada işləməsi üçün istədiyin şəkildə danışmaq və biznes həyata keçirə bilmək imkanına malik olmaq lazımdır”, - Unstoppable Domains təsisçisi Bred Kam bildirib.

Startap domenlərin mərkəzləşdirilməmiş qeydiyyatçısı (registrator) qismində iştirak etməklə iddia edir ki, .zil domenində saytlar nə hökumət, nə də bu sahədə fəaliyyət göstərən ənənəvi provayderlər tərəfindən bağlana bilməz.

Xidmətin təklif etdiyi domenlərin özü Zilliqa blokçeyninin köməyi ilə yaradılmış cüzdanlarda saxlanılır, saytların kontenti isə IPFS (InterPlanetary File System) və digər məlumatların saxlanması üçün desentralizasiya olunmuş şəbəkələrdə yığılır.

Həmçinin .zil domenləri kriptovalyuta ödənişlərinin göndərilə biləcəyi oxunaqlı ünvanlar rolunda çıxış edə bilər.

2018-ci ilin oktyabrında Pittsburqdakı sinaqoqda qətliamdan qısa bir müddət sonra Godaddy şirkətinin Gab sosial şəbəkəsini silməsindən başlayaraq domen qeydiyyatçıları ətrafında müzakirələr kəskin xarakter daşımağa başladı.

“Köhnə dünyada GoDaddy kastadian rolunda çıxış edir. Bu dünyada biz öz evimizi özümüz idarə edirik və heç kim bunu bizdən ala bilməz”, - Bred Kam bildirib.

O, əlavə edib ki, gələcəkdə istifadəçilərə digər domen uzantıları təklif oluna bilər. Hazırki təklif .zil ilə məhduddur, standart ad 10 dollara və 250 dollara isə premium xidmət olaraq satışa çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR