Slimfit
  1. İQTİSADİYYAT

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar
Sakura

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

"Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq".

Trend-ə istinadən xəbər verir ki, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panelinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, bundan başqa, kiçik-orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur: "Onlar mənfəət-torpaq vergisindən azad edilə bilər. Eyni zamanda, dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir.

S.Həsənova əlavə edib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş imkanlar var.

 

Nazir müavini bildirib ki, iqtisadi artımın sürətləndirilməsi, diversifikasiyanın sürətli getməsi qarşımızda duran ən əsas çağırışlardandır. Digər çağırışlar isə Azərbaycanda məşğulluğun təmin olunması, işsizliyə nail olmaq, gənclərin layiqli məşğulluğunun təmin edilməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR