Dərc edildi: Baxış sayı: 874
Bu sahəyə də dövlət dəstəyi veriləcək - Açıqlama
“Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.
Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.
O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:
“Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət