Slimfit
  1. AVTO VƏ MOTO

Bu qurum 600 manata maşın satır – Hərrac

Bu qurum 600 manata maşın satır – Hərrac
Sakura

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2 oktyabr tarixində bu məqsədlə hərrac təşkil edəcək.

Hərraca ümumilikdə 5 avtomobil çıxarılıb. Özəlləşdirmə üçün Bakı Şəhər İcra Hakimiyyəti 1, Mərkəzi Bank 2, Nazirlər Kabineti də 2 avtomobil təqdim edib.

Hərraca təqdim edilən ən bahalı avtomobillər Nazirlər Kabinetinin BMV-730 markalı avtomobilləridir. Avtomobillərdən biri 10.500 manata, digəri isə 11.250 manata özəlləşdirməyə çıxarılıb.

BŞİH-i hərraca QAZ-31029 təqdim edib. Qiyməti isə cəmi 600 manatdır.

Mərkəzi Bank isə hərraca iki fərqli markalı avtomobil təqdim edib. “Hyundai Sonata” üçün ilkin start qiymət 2.350 manat, “Mercedes Benz” (Sprinter 314) üçün isə ilkin satış qiyməti cəmi 7.500 manat müəyyən edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR