Slimfit
  1. AZƏRBAYCAN

Bu qonşu ölkə ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolu tikilir

Bu qonşu ölkə ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolu tikilir
Sakura

Bu qonşu ölkə ilə dövlət sərhədi istiqamətində yeni avtomobil yolu tikilir

Fins.az-ın məlumatına görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton çəpərlərin, beton bardürlərin quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 25-26,3-cü kilometrlik hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün birinci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 poqonmetri artıq quraşdırılıb, kommunikasiya xətlərinin köçürülməsi isə 90 faiz yerinə yetirilib. Layihənin birinci mərhələsi üzrə işlərin fiziki tərəqqisi ümumilikdə 40 faiz təşkil edir. Yeni yolun sözügedən hissəsi boyunca 2 yol qovşağı, 1 yolötürücü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Yol 92 kilometr sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometr uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Tikinti işləri layihənin 157-192 kilometrlik (35kilometr) hissəsində görülüb və bu hissədə qazma və dolğu işləri tamamlanıb. 35 kilometrlik ərazinin 23 kilometrlik hissəsində yol geyimi işləri, yəni hamarlayıcı lay, əsasın alt layı və əsas lay işləri görülüb, 12 kilometrlik hissəsində isə yolun asfalt örtüyü binder səviyyəsində tikilib. Paralel olaraq yolun 137-192 kilometrlik (55 kilometr) hissəsində layihə çərçivəsində suötürücü və drenaj işləri görülüb, alt və ehtiyat keçidləri tikilib. Bundan başqa, sözügedən hissədə müxtəlif gərginlikli elektrik, rabitə, su və qaz xətlərinin dəyişdirilməsi işləri də yekunlaşıb. Layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svayvurma işləri və sair tikinti işləri qismən görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR