Dərc edildi: Baxış sayı: 372
Bu qadağa 5 ildən 10 ilə qaldırılır
“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Modern.az-ın məlumatına görə, qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir.
Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
Dəyişikliyə əsasən isə bu müddətin 10 il olması təklif olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət