Dərc edildi: Baxış sayı: 447
Bu parklanmadan pulsuz istifadə edə biləcəksiz
Ödənişli parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün fərdi parklanma talonlarının verilməsi şərtləri və qaydası təsdiq olunub.
Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov məlumat paylaşıb.
Ə.Hüseynov bildirib ki, belə talonu olan şəxs yaşadığı evin (binanın) yaxınlığında olan konkret parklanma ərazisindən ödəniş etmədən və məhdudiyyətsiz istifadə edə biləcək:
“Vətəndaşlar bu hüquqlarından istifadə üçün müraciət edə bilərlər. Yaxın zamanlarda talonların verilməsinə başlanacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət