Slimfit
  1. DÜNYA

Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi

Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi
Sakura

Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi

Makedoniya parlamenti ölkənin adının “Şimali Makedoniya Respublikası” kimi dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, müvafiq dəyişikliklər Makedoniyanın NATO və Avropa İttifaqına qəbul olunması üçün Yunanıstanla razılaşmaya əsasən edilib. 

Xatırladaq ki, ötən ilin oktyabrında deputatların əksəriyyəti ilk oxunuşdan ölkənin adının dəyişdirilməsini dəstəkləmişdilər. Bu gün keçirilən səsvermədə isə 81 millət vəkilinin cavabı müsbət olub. Hazırda dəyişikliklə bağlı sövdələşməni Yunanıstan dəstəkləməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR