Dərc edildi: Baxış sayı: 350
Bu ölkəni Rusiyadan qorumaq lazım deyil - Tramp
Almaniyanı Rusiyadan müdafiə etməyə ehtiyac yoxdur.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb.
“Almaniya hakimiyyəti Rusiyadan ildə milyardlarla dollarlıq enerji alır. Bununla bərabər Almaniya NATO-dakı xərclərini ÜDM-nin 2%-nə çatdırmağı planlaşdırmır. Məhz buna görə ABŞ Almaniyadan qoşunlarının bir hissəsini çıxarır”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Müdafiə naziri Mayk Esper Almaniyadan 11,9 min əsgərin çıxarılacağını, onlardan bir hissəsinin ölkəyə geri qaytarılacağını, bir hissəsinin isə digər müttəfiq ölkələrə yerləşdiriləcəyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət