Dərc edildi: Baxış sayı: 779
Bu ölkələrdə Feysbuk və Quql çökdü
Dünyanın bir sıra ölkələrində Feysbuk sosial şəbəkəsinin və Quql axtarış sisteminin fəaliyyətində problemlər yaranıb.
Axar.az xəbər verir ki, bu barədə “Downdetector” saytı məlumat yayıb.
Qeyd edilir ki, sosial şəbəkənin işindən ən çox ABŞ, Latın Amerikası ölkələri, Avstraliya, həmçinin Avropa dövlətlərinin, o cümlədən Fransa, Polşa, Yunanıstan, İspaniyanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər.
Dünyanın bir sıra ölkələrində habelə Quql şirkətinin də fəaliyyətində problemlər yaranıb.
Bununla yanaşı, Yutub videohostinqinin, həmçinin Gmeil servisinin işində nasazlıqlar müşahidə edilməkdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət