Dərc edildi: Baxış sayı: 428
Bu ölkədən xəbərdarlıq: ABŞ-a getməyin!
Uruqvay vətəndaşlarına ABŞ-a səfər etməmək üçün xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Uruqvay Xarici İşlər Nazirliyi ABŞ-da son 6 ay ərzində 250-dən çox insanın öldürüldüyünü bildirib.
XİN bəyan edib ki, öldürülənlərin əksəriyyəti nifrət, irqçilik və artan şiddətin qurbanı olub:
"Buna qarşı üst səviyyədə təhlükəsizlik tədbirlərini görün. Xüsusilə, insanların çox olduğu parklar, ticarət mərkəzləri, festivallar, dini və bu kimi yerlərdən uzaq durmağınız tövsiyə edilir".
Qeyd edək ki, ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Dayton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.
Çikaqoda törədilən iki terakt zamanı isə 14 nəfərin yaralandığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət