Bu ölkədə xaricdən gələn zənglər birdəfəlik bloklana bilər
Rusiya, arasında heç bir fərq qoymadan xaricdən gələn zəngləri bloklamağa başlaya bilər.
Ens.az lent.az-a istinadən bildirir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (Roskomnadzor) abunəçiləri fırıldaqçıların təhlükəsindən qorumaq üçün xarici zəngləri heç bir fərq qoymadan bloklamaq imkanlarını araşdırır.
Bildirilir ki, bu tədbirdən istifadə edərkən abonent xaricdən zəngləri qəbul edib-etməmək haqda seçim etmək imkanı əldə edəcək.
Onlar həmçinin qeyd ediblər ki, hazırda Ukrayna ərazisindən də daxil olmaqla saxta zənglərin dəfələrlə artması qeydə alınır.
Bundan əvvəl də Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü İqor Aşmanov Rusiyada fırıldaqçıların hər gün orta hesabla yerli abonentlərə 10-15 milyon dəfə zəng etdiklərini demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət