Dərc edildi: Baxış sayı: 451
Bu ölkədə vətəndaşlar koronavirusa görə cərimələnəcək
Cənubi Koreyada karantindən yayınan vətəndaşlar 2500 dollar (4250 manat) cərimə olunacaq.
Cənubi Koreya koronavirusa yoluxan xəstələrlə əlaqədə olmuş 1300-dən çox şəxs karantinə alınacaq.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Cənubi Koreya rəsmiləri ölkədə 16 nəfərin koronavirusa yoluxduğunu təsdiq ediblər. 129 nəfərin isə koronavirusa yoluxduğu ehtimal edilir, onların müayinəsi aparılır. Çinə səfər etmiş və hazırda böyük ictimai müəssisələrdə çalısan şəxslərə azı 14 günlük məzuniyyət götürmək tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət