Dərc edildi: Baxış sayı: 1208
Bu ölkədə “Telegram” bloklandı
İraqda “Telegram” bloklanıb.
Bu barədə İraq Kommunikasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Telegram” ölkənin milli təhlükəsizliyi və vətəndaşların şəxsi məlumatlarının qorunması üçün bloklanıb.
“İraqın səlahiyyətli orqanları dəfələrlə rəsmi dövlət qurumlarının sirlərinin və iraqlıların şəxsi məlumatlarının yayılmasının qarşısının alınması üçün “Telegram” platforması ilə əməkdaşlıq üçün müvafiq şirkətin rəhbərliyinə müraciət edib. Ancaq şirkət İraq hakimiyyətinin heç bir sorğusuna cavab verməyib”, - məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət