Dərc edildi: Baxış sayı: 567
Bu ölkədə siqaret çəkmək qadağan olunacaq
İsveç parlamenti 2025-ci ildən tütün məmulatlarının satışını və istifadəsini tamamilə qadağan etməyi hədəfləyib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, statistikalara görə, İsveçdə əhalinin 11 faizi siqaret aludəçisi, 10 faizi isə müəyyən vaxtlarda siqaret çəkənlərdir.
"La Repubblica" qəzetinin məlumatına görə, İsveçdə 2005-ci ildən qapalı yerlərdə siqaret çəkmək qadağandır. 2019-cu ilin iyul ayından etibarən açıq havada, xüsusilə, parklarda, qatar stansiyalarında, idman salonları, mənzil, restoran, kafelərin qabağında ayaqüstə və ya oturaraq siqaret çəkmək qadağan olunacaq.
İsveç parlamenti 2025-ci ildən isə tütün məmulatlarının satışa çıxarılmayacağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət