Dərc edildi: Baxış sayı: 410
İraqda yeni hökuməti quracaq Adil Əbdülmehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin…
İraqda yeni hökuməti quracaq Adil Əbdülmehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin açıldığını bildirib.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, o, konstitusiyada yer alan bütün şərtlərin özündə olduğunu düşünən hər kəsin nazir olmaq üçün müraciət edə biləcəyini açıqlayıb.
8 oktyabrda Nazirlər Kabinetinin saytında başlayan müraciət müddəti 11 oktyabrda başa çatacaq.
Qeyd edək ki, Adil Əbdülmehdi prezident Bərham Salehlə görüşündə yeni hökumətin noyabrın əvvəlində qurulması barədə razılıq əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət