Bu ölkədə məişət tullantılarına yer tapılmır
Livanda məişət tullantıları anbarı maksimum dərəcədə dolub.
“Anadolu” agentliyi xəbər verir ki, paytaxt Beyrutun küçələrində zibilin toplanmaması koronavirusun ölkədə yayılma təhlükəsini artırır.
Livan hökuməti müvəqqəti çıxış yolu kimi Əl-Cüdeydə bölgəsindəki tullantı anbarının hündürlüyünün 1,5 metr artırılmasını təklif edib.
Zibilin sərhədə yaxın əraziyə köçürülməsi təklifi maddi itkilərə görə qəbul edilməyib.
Tullantı anbarının dəniz səviyyəsindən 16 metr yüksəyə qədər qalxdığı qeyd olunur. Bu, insanların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərir, koronavirusa yoluxma riskini artırır.
Qeyd edək ki, Livanda məişət tullantıları böhranı 50 ildir ki, davam edir. Problemi həll etmək üçün rasional idarəetmə mexanizmi yoxdur. Təqdim olunan həllərin hamısının qısamüddətli və gözlənilməz hadisələrə əsaslanan təcili planlar olduğu bildirilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət