Dərc edildi: Baxış sayı: 705
Bu ölkədə maskalar pulsuz paylanır
Sinqapurda ölkə əhalisinə tibbi maskaların pulsuz paylanılmasına başlanılıb.
Axar.az xəbər verir ki, maskaların paylanılması aprelin 12-dək davam edəcək.
“Hər ailə adambaşına iki maska ala bilər”, - həkumətdən bildirilib.
Qeyd edək ki, Sinqapur baş naziri Li Syan Lun aprelin 3-də koronavirusdan qorunmaq üçün ölkədə hər kəsi maska taxmağa çağırmışdı.
Hazırda Sinqapurda 1200-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxanların 6-sı ölüb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət