Slimfit
  1. DÜNYA

Bu ölkədə itburnunun satışı və idxalı qadağan edildi

Bu ölkədə itburnunun satışı və idxalı qadağan edildi
Sakura

Bu ölkədə itburnunun satışı və idxalı qadağan edildi

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, Finlandiya Kənd Təsərrüfatı və Meşə Nazirliyi iyun ayının 1-dən itburnunu zərərli və invaziv bitki növlərinin siyahısına salmaqla idxalını və satışını qadağan edib.
 
"Yabanı itburnunun idxalı və satışının qadağası yalnız üç illik keçid dövründən sonra, 1 iyunda qüvvəyə minib” - məlumatda deyilir.
 
Bildirilir ki, bitki 1990-cı illərdə ölkədə peyda olub və geniş yayılmışdır. Hakimiyyət önümüzdəki üç il ərzində yol kənarlarında, bağçalarda, parklarda, çimərliklərdə itburnuların məhv edilməsinə dair çağırış edib. Bu vəziyyətdə, itburnu plantasiyalarının ləğv edilməsi üçün  xüsusi texnikadan istifadə edilməli, ayrıca kollar isə əllə məhv edilməlidir. Maraqlıdır ki, qadağanın səbəbi izah olunmur.
 
Finlandiyada eyni fərmanla, canavarların və qurdkimilər növündən olan itlərin saxlanması, reklamı və satışı da qadağan edilib. Eyni zamanda, 1 iyun tarixinə qədər ev heyvanları kimi saxlanan qurdkimilər növündən olan itlərin həyatının sonuna qədər evdə saxlanılmasına icazə verilir.
 
Hazırda Finlandiyada təxminən minə yaxın qurdkimilər növündən olan itlər var...
 
Qeyd: Azərbaycanda min illərin sınağından çıxmış və haqlı olaraq min bir dərdin dərmanı hesab olunan itburnuya qarşı bu Skandinaviya ölkəsində elan edilən "Səlib yürüşü"nün gerçək səbəbləri barədə məlumat verilməsə də ola bilsin ki, tərkibində zərərli elementlər olan hansısa növün kökünün kəsilməsindən söhbət gedə bilər. Əks halda bütövlükdə şəfa qaynağı olan itburnuya qarşı belə bir addımın heç bir izahı ola bilməz...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR