Slimfit
  1. DÜNYA

Bu ölkədə instaqramın istifadəsi qadağan edilir

Bu ölkədə instaqramın istifadəsi qadağan edilir
Sakura

Bu ölkədə instaqramın istifadəsi qadağan edilir

İranda instaqram sosial platformasının istifadəsi məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi deyib.

Millət vəkili bu məlumatı informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromidən aldığını bildirib. O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib. Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.

Qeyd edək ki, bir neçə həftədir ki, İranda instaqramın bloklanacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu istiqamətdə ölkənin bəzi rəsmiləri və axundları da dövlətə təzyiqlər göstərirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR