Slimfit
  1. İDMAN

Bu ölkədə dopinqə görə çempionat ləğv edildi

Bu ölkədə dopinqə görə çempionat ləğv edildi
Sakura

Bu ölkədə dopinqə görə çempionat ləğv edildi

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) oktyabrın 28-də Basklar ölkəsində keçirilən fitnes və kulturizm üzrə çempionatı ləğv etmək məcburiyyətində qalıb. Dopinq nəzarətinin keçiriləcəyi barədə məlumat verilən kimi, iştirakçıların çoxu yarışı tərk edib.

Axar.az xəbər verir ki, Biskayya əyalətinin Santurse şəhərində keçirilən çempionata gözlənilmədən Bask Antidopinq Agentliyinin ekspertləri gəliblər. Ekspertlər gələndə yarışlar artıq başlanmış, iştirakçıların çəkisi müəyyənləşdirilmişdi. Bodibilderlərin əksəriyyəti testlər aparılacağını öyrənən kimi, yarışda iştirak etməkdən boyun qaçırıb. Ekspertlər iştirakçılardan nümunə götürməyə macal tapmamış təşkilatçılar çempionatın ləğv olunduğunu elan ediblər.

Bask Antidopinq Agentliyindən xatırladıblar ki, may ayında Basklar ölkəsinin Bodibildinq Federasiyası ilə yarışlarda dopinq nəzarətinin aparılması barədə saziş imzalanıb. Sənədə görə, ilk testlər iyunda aparılıb. Götürülən 12 analizdən 5-i qadağan edilmiş preparatlardan istifadə olunduğunu göstərib. Testlərin nəticələri federasiyaya göndərilib. Sonrakı addımlar və mümkün cəza tədbirləri barədə qərarı isə federasiyanın özü qəbul edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR