Slimfit
  1. DÜNYA

Bu ölkədə ailələr ac qalmamaq üçün uşaqlarını satır

Bu ölkədə ailələr ac qalmamaq üçün uşaqlarını satır
Sakura

Əfqanıstan tarixinin ən uzunmüddətli quraqlığını yaşayır. Bəzi ailələr aclıqdan ölməmək üçün uşaqlarını…

Əfqanıstan tarixinin ən uzunmüddətli quraqlığını yaşayır. Bəzi ailələr aclıqdan ölməmək üçün uşaqlarını daha zəngin ailələrə satır.
Yeniavaz.com CNNTürk-ə istinadən xəbər verir ki, bir uşaq üçün 3 min ABŞ dollar ödənilir. "CNN International­"a müsahibə verən əfqanıstanlı bir qadın, digər iki uşağı ac qalmasın deyə 6 yaşlı qızını, 10 yaşlı uşaqla evləndirilməsi üçün 3 min ABŞ dollara satdığını deyir. O bildirir ki, qızının bundan xəbəri yoxdur və məcbur getməlidir.
6 yaşlı qızı satan adam isə bu hərəkəti ilə digər ailəyə kömək etdiyini fikirləşir. Satın aldığının uşaq olması isə onun üçün o qədər də əhəmiyyətli deyil, çünki onun fikrincə bu hadisə buralarda normal qarşılanır.
4 ildir davam edən quraqlıq səbəbilə ölkənin bəzi ərazilərində əkinçilik tamamilə dayanıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi məlumata əsasən təkcə 2018-ci ildə 275 min insan quraqlıq və yoxsulluq səbəbilə yurd yerlərindən köçürülüb. Bunlardan 84 min nəfər şəhərlərdə, 182 min nəfər isə Badqis düzənliyində yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR