Dərc edildi: Baxış sayı: 569
Bu ölkə vətəndaşlarını Çindən təxliyyə etməyəcək
Pakistan hökuməti Çində olan vətəndaşlarının koronavirus səbəbindən təxliyyə edilməyəcəyini açıqlayıb.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Pakistanın Baş nazirin səhiyyə məsələləri üzrə müşaviri Zəfər Mirzə mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, hökumət Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə belə bir addım atmaq qərarına gəlib.
“Bu addım Çindəki əzizlərimizin, regionun və Çinin xeyrinədir. ÜST-ün və Çinin həyata keçirdiyi siyasət bizim də siyasətimizdir. Bütün dəstəyimizlə Çinin yanındayıq”, - deyə o, bildirib.
Zəfər Mirzə həmçinin bəyan edib ki, əgər ordakı insanları təxliyyə etsələr, epidemiya bütün dünyaya yayılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət