Slimfit
  1. DÜNYA

Bu ölkə uçan taksi xidmətinə keçir

Bu ölkə uçan taksi xidmətinə keçir
Sakura

İsverçə Federal Dəmiryolları (SBB) yaxın gələcəkdə sərnişinlərini uçan taksilərlə ünvanına çatdıracaq

İsverçə Federal Dəmiryolları (SBB) yaxın gələcəkdə sərnişinlərini uçan taksilərlə ünvanına çatdıracaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” informasiya yayıb.

Xəbərə görə, İsveçrə bu inqilab üçün Almaniyanın “Lilium” şirkəti ilə əməkdaşlıq edəcək. Bundan sonra qatar stansiyalarındakı sərnişinlər 5 nəfər həcmində olan və elektriklə işləyən uçan taksilər vasitəsilə daşınacaq. Bu taksilər şaquli istiqamətdə havaya qalxacağı üçün uçuş-eniş zolağına ehtiyac olmayacaq.

İsveçrənin “Sonntags Zeitung” qəzetinin xəbərinə görə, SBB-nin mətbuat katibi Rafael Hirt artıq “Lilium” şirkəti ilə bir niyyət məktubunun imzalandığını da bildirib.

Lakin sözügedən plan bir sıra siyasətçilər tərəfindən sərt qarşılanıb. İsveçrə Xalq Partiyası və Bern bələdiyyəsinin Nəqliyyat və Energetika direktoru Xristofor Nihaus dəmiryollarının qatarlar vasitəsilə xidmət etdiyini, şirkətin hava nəqliyyatı kimi utopik planlar əvəzinə dəmiryollarının problemlərini həll etməsi lazım gəldiyini söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR