Dərc edildi: Baxış sayı: 594
Bu ölkə ölüm hökmünü dərhal ləğv etsin! - AŞPA-dan tələb
Belarus dərhal ölüm hökmünə moratorium tətbiq etməlidir.
Axar.az xəbər verir ki, bu məlumatı Avropa Şurasının Parlament Assambleyası yayıb. AŞPA Belarusda baş verən istənilən ölüm hökmünə qarşı çıxdığını bildirib:
“Ölüm hökmü sərt və qeyri-insani cəzadır. Belə bir şey Avropada qəbuledilməzdir. Biz yenidən Belarus hakimiyyətini təcili şəkildə ölüm hökmünə moratorium tətbiq etməyə çağırırıq və de-fakto, eləcə də de-yure ölüm hökmünün ləğvini istəyirik”.
Qeyd edək ki, Belarus Avropada ölüm hökmünün saxlanıldığı yeganə ölkədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət