Slimfit
  1. DÜNYA

Bu ölkə Ermənistana yenə silah göndərir

Bu ölkə Ermənistana yenə silah göndərir
Sakura

Bu ölkə Ermənistana yenə silah göndərir

Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib:

“Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, son illər Hindistan və Fransa Ermənistanın silahlanmasında xüsusi rol oynamağa başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR