Dərc edildi: Baxış sayı: 494
:0
Bu ölkə əhalisi Avropanın şimalına axın edir
Monteneqrolular vətəndaşlıqlarından imtina edərək Avropanın şimalına, xüsusən Almaniya, Niderland Krallığı, Norveç kimi ölkələrə üz tuturlar.
Axar.az xəbər verir ki, bu il ərzində 238 nəfər Monteneqro vətəndaşlığından imtina edib. Ölkə qanunlarına görə, bu prosesi keçmək istəyən vətəndaş 300 avro vergi ödəyir.
Vətəndaşlığını dəyişmə arzusu daha inkişaf etmiş ölkələrə rahat inteqrasiya, keyfiyyətli səhiyyə və təhsilə asan çıxış və ümumilikdə, iqtisadi durumu yaxşılaşdırmaq məqsədi daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət