"Bu, necə ola bilər? O, şəhiddir..." - Qənirə Paşayeva
“Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi hələ də problem kimi qalmaqdadır. Yaxşı olar ki, hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsi işlə təmin olunduğu hesabatda açıqlansın”.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisdə 2022-ci il dövlər büdcəsinin cirasə haqqında məsələ müzakirə olunarkən deyib.
Deputat bildirib ki, hesabatda nə qədər şəhid ailəsi və qazinin işlə təmin olunmadığı da göstərilməlidir: “Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individiual yanaşılmalıdır. İlk şəhid həkimimizin ailəsi də müraciət edib, şəhid ailəsi kimi ev ala bilmir. Deyiblər ki, Kəlbəcərdə ev tikiləndə sizə ev verəcəyik. Bu, necə ola bilər? O, şəhiddir. Onsuz da ona Kəlbəcərdə ev verilməlidir, onun işğaldan öncə Kəlbəcərdə evi olub. Bu ailə hər iki imtiyazdan yararlanmalıdır”.
Qənirə Paşayeva 31 mayının tütünlə mübarizə günü olduğunu da xatırladıb: “Biz bununla bağlı qanun qəbul etmişik. Amma qanunun icrası ilə bağlı heç bir addım atılmır. Tütün məhsullarının istifadəsinə dair çox yaxşı qanunumuz var, çox təəssüf ki, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması, məktəb yaxınlığında bu məhsullarının satışının dayandırılması, reklamla bağlı məhdudiyyət tətbiq olunması istiqamətində heç bir iş görülmür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət