Slimfit
  1. DÜNYA

Bu, NATO-nun Rusiya ilə böyük savaşa hazırlığıdır

Bu, NATO-nun Rusiya ilə böyük savaşa hazırlığıdır
Sakura

Bu, NATO-nun Rusiya ilə böyük savaşa hazırlığıdır

HİMARS üçün mərmilərin alınması və istehsalı məqsədilə Polşa-Litva mərkəzinin yaradılması NATO-nun Rusiya ilə böyük müharibəyə hazırlığı, eləcə də Ukrayna ordusunun “mərmi aclığını” aradan qaldırmaq üçün tədbirdir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Litva Prezidenti Gitanas Nausedanın polşalı həmkarı Anjey Dudaya döyüş sursatı, xüsusən də HİMARS üçün raketlərin istehsalı və alınması məqsədilə regional logistika mərkəzi yaratmaq təklifini şərh edərkən deyib.

"Litva prezidentinin səsləndirdiyi təklif NATO-nun Avropada böyük müharibəyə hazırlığının elementi, eləcə də bu logistika mərkəzinin Ukraynaya döyüş sursatını daşınmasının davam etdirilməsidir. Bu logistika mərkəzi regional ola bilər.

Əvvəllər Almaniya əsas rol oynayırdısa, indi Ukraynaya əsas tədarük axınının məhz Polşa ərazisindən keçəcəyini nəzərə alsaq, aydındır ki, bu, NATO qoşunları və onların Ukrayna müttəfiqi üçün real ehtiyacların təmini baxımından nəqliyyat və logistika sisteminin yaradılmasının ilk elementlərindən biridir", - o bildirib.

Analitik vurğulayıb ki, NATO-nun şimal-qərb cinahında sursat mərkəzinin yaradılması alyansın əsas hərbi rəqibi hesab etdiyi Rusiya ilə uzunmüddətli, onilliklər davam edəcək qarşıdurmaya hazırlıq məntiqinə uyğundur:

"Bu gün HİMARS həm Polşa, həm Litva, həm də Ukrayna Silahlı Qüvvələrinin xidmətindədir. Alyans belə bir mərkəzi qurmaqla Rusiya ilə sərhədlərdə öz qruplaşmalarının daim hazır vəziyyətdə saxlanılması üçün maddi-texniki və texnoloji bazanı təkmilləşdirmək niyyətindədir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR