Dərc edildi: Baxış sayı: 2192
Bu müəllimlərə maaş verilməyəcək? - Açıqlama
Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur: "Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır".
Qeyd edək ki, bəzi məktəb direktorları tərəfindən "Vurtual məktəb" layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox