Dərc edildi: Baxış sayı: 462
Bu məsələdə Ərdoğanla Putinin razılaşması yetərlidir - Səfir
Rusiya və Türkiyə arasında ötən ilin sentyabrında Soçidə əldə edilən İdlib razılaşması terrorla mübarizə üçün yetərlidir, yeni müqavilələrə ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov bildirib.
"Problemin həll edilməsi üçün Soçi müqaviləsi yetərlidir. Önəmli olan onun tətbiqidir. Buna görə də addımlarımızı yeni müqavilələrə deyil, mövcud müqavilələrin həyata keçirilməsinə yönəlik atmalıyıq", - səfir deyib.
Qeyd edək ki, ötən ilin sentyabrında Soçidə əldə edilmiş razılığa əsasən, İdlibdə təhlükəsizlik bölgəsi yaradılmalı, silahlı qruplar silahlarını təhvil verməli idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət