Slimfit
  1. İDMAN

“…bu mərhələni mən də onlarla birlikdə qazanacam” – İbrahimoviç

“…bu mərhələni mən də onlarla birlikdə qazanacam” – İbrahimoviç
Sakura

“…bu mərhələni mən də onlarla birlikdə qazanacam” – İbrahimoviç

Los Angeles Galaxy klubunun futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsinin Juventus – Ajax cütünü dəyərləndirib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu, Hollandiya klubuna Juventus-un statusunu unutmağı məsləhət görüb:

“Ajax Juventus-un statusu ilə maraqlanmamalıdır. Real-la oyunlarda bunu unutdular və nəticənin nə olduğunu gördük. Hər kəs Ajax-ın Real qarşısında şansının olmadığını düşünürdü, amma onlar möhtəşəm bir şey etdilər”.

Həm Juventus-un, həm də Ajax-ın şərəfini qorumuş futbolçu, bu mərhələdə özünün də qalib gələcəyini deyib:

“Həm Ajax-ı, həm də Juventus-u klublarım olaraq görürəm. Hansı komanda qazanacaqsa, bu mərhələni mən də onlarla birlikdə qazanacam”.

37 yaşlı futbolçu 2001-2004-cü illər ərzində Ajax-ın, 2004-2006-cı illərdə isə Juventus-un formasını geyinib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR