Dərc edildi: Baxış sayı: 389
Bu məhsulların idxalına məhdudiyyət qoyuldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib.
Qurumdan daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda AQTA tərəfindən sözügedən ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.
Mənbə: Aznews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət