Slimfit
  1. CƏMİYYƏT

Bu layihə əhalinin vəziyyətinə təsir edəcək

Bu layihə əhalinin vəziyyətinə təsir edəcək
Sakura

Bu layihə əhalinin vəziyyətinə təsir edəcək

Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda növbəti təlimlər keçirilib.

Axar.az xəbər verir ki, təlimi giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dos. Rəsmiyyə Abdullayeva açıb. O, layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib.

R.S.Abdullayeva 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan bəhs edib.

Çıxışlardan sonra müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

 

Sumqayıt Dövlət Universitetinin əməkdaşları – İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Yəhyayeva Aynurə Yusif qızı, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Abdullayev Loğman İmran oğlu və başqaları da çıxışlar edərək, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinə təşəkkür ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR