Dərc edildi: Baxış sayı: 543
Bu küçələrin kəsişməsində yol hərəkəti qaydası dəyişdi
Bakının Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib. Bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.
Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət