Dərc edildi: Baxış sayı: 386
Bu kollecdə yoxlama: Direktor işdən çıxarıldı
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a agentlikdən bildirilib.
Qeyd edilib ki, martın 29-da agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət