Slimfit
  1. CƏMİYYƏT

Bu kənddə 26 ildir qaz yoxdur...

Bu kənddə 26 ildir qaz yoxdur...
Sakura

Bu kənddə 26 ildir qaz yoxdur...

Ağdaş rayon Qaradeyin kəndinin sakinləri  kənddə qaz olmamasından narazıdırlar.  Bu barədə “Qafqazinfo”ya sakinlər müraciət edib. Onlar bildirir ki, kənddə 26 ildir ki, qaz yoxdur: “İllərdir ki, bu problemə görə, bir neçə quruma müraciət etmişik. Hələ də kəndə nə vaxt qaz çəkiləcəyi barədə məlumatlı deyilik”.

Qafqazinfo” məsələ ilə bağlı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanovdan münasibət öyrənib. O qeyd edib ki, ümumilikdə rayonda 74 yaşayış məntəqəsinin 19-u qazlaşdırılmayıb: “Qazlaşdırılmayan kəndlərdən biri də Qaradeyin kəndidir.  

Bildiyiniz kimi, oktyabrın 28-də cənab prezident Ağdaş rayonuna  səfər edib. Ölkə başçısı səfər zamanı bir neçə sosial obyektlərin açılışında iştirak edib.  O cümlədən,  rayon ictimaiyyəti ilə görüşdə Ağdaş rayonunun qalan 19 yaşayış məntəqəsinin hamısının qazlaşdırılması ilə bağlı SOCAR rəhbərliyinə tapşırıq verib.  Belə ki, 2020-ci ildən başlayaraq  bütün 19 yaşayış məntəqəsinin hamısı ardıcıllıqla və təcili sürətdə qazlaşdırılmalıdır”.

Günel Türksoy

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR