Dərc edildi: Baxış sayı: 453
Bu kafenin mətbəxindən kanalizasiya borusu keçir
Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən kafedə kanalizasiya borusu mətbəxdəki işçi masanın üzərindən keçir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva yayıb. O bildirib ki, sözügedən kafenin fəaliyyəti məhdudlaşdırılıb:
“Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən kafedə kanalizasiya borusu mətbəxdəki işçi masanın üzərindən keçir və qablar həmin kanalizasiya borusunun üstündə saxlanılır.
Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət