Slimfit
  1. MARAQLI

Bu işıqforlarda sürücülər siqnal verməyi dayandırmayanadək qırmızı rəngdə qalır

Bu işıqforlarda sürücülər siqnal verməyi dayandırmayanadək qırmızı rəngdə qalır
Sakura

Hindistanda sürücülər siqnal verməyi dayandırmayanadək qırmızı rəngdə qalan işıqforlar qurulur

Ens.az xəbər verir ki, Hindistanın Mumbay şəhərinin polisi, sürücülər hər dəfə ucadan siqnal verməyə başlayanda qırmızı işıq sayğacının yeniləndiyi eksperimental svetofor ilə yollarda daimi səs-küylə mübarizə aparmağa başlayıb.

Əksər ölkələrdə avtomobil siqnalı fövqəladə halda və ya təhlükəni önləmək üçün xəbərdarlıq olaraq istifadə olunur, lakin Hindistanda insanlar tez-tez duyğularını ifadə etmək üçün bundan istifadə edir. Nəticədə, sıx məskunlaşmış şəhərlər zərərli səs hay-küyündən əziyyət çəkirlər.

Bu problemi həll etmək üçün, Mumbay polisi ən sıx yol kəsişmələrdə rəqəmsal səsölçən sayğaclar quraşdıraraq, onları LED ekrana və svetofora birləşdiriblər. Hər dəfə səs-küy səviyyəsi 85 dB və ya daha yüksək olduqda, qırmızı işıq sayğacı yenilənir. Eyni zamanda, sürücülər indiki göstəricini və hərəkətlərinin nəticələrini görürlər.

İndiyə qədər sınaqlar gündə 15 dəqiqə olmaqla bir neçə yol qovşağında aparılıb, amma gələn ay daha 10 yerdə oxşar sistemin quraşdırılması planlaşdırılır. Gələcəkdə polis belə bir təcrübəni hər yerdə tətbiq etməyə ümid edir.

Beynəlxalq indekslərə görə, Mumbayın trafik yükünə görə dünyada 4-cü yeri tutması belə bir qərarın verilməsinə təkan verib. Məlumata görə, ötən il bu şəhərdə orta hesabla sürücülər tıxacda təxminən 8 gün keçirib.

2019-cu ildən etibarən Fransa da səs-küy çirkliliyi ilə mübarizəyə başlayıb. Payızda, Parisdə səsölçən radarlar qurularaq yüksək səs - küy yaradan nəqliyyat vasitələrini avtomatik olaraq cərimələyirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR