Bu iPhone modelləri Hindistanda istehsal ediləcək
Foxconn şirkəti Hindistanda bir neçə iPhone modelinin istehsalına başlayacaq. Bu barədə Macdigger saytı Reuters saytına istinadən xəbər verib. Foxconn əsas iPhone istehsalçılarından biridir və o, yaxın zamanda Hindistanda bir neçə iPhone istehsalına start verəcək. Reuters saytının jurnalistlərinin verdikləri məlumata əsaəsn yaxın bir neçə həftə ərzində şirkət Hindistanda iPhone X və iPhone XS modellərinin tərübi istehsalına start verəcək. Reuters-in fikrincə bu, Apple şirkətinin Hindistandakı biznesini yeni səviyyəyə yüksəldəcək.
Qeyd etmək lazımdır ki, iPhone X və iPhone XS modelləri Apple şirkətinin Hindistanda istehsal ediləcək ilk smartfon modelləri olmayacaqlar, Belə ki, Hindistanın yerli şirkəti olan Wistron artıq uzun müddətdir ki, bu regionda iPhone SE, iPhone 6s və iPhone 7 modellərini istehsal edir. Məlumata əsasən Apple şirkəti flaqman iPhone modellərinin istehsalatının bir hissəsini 2019-cu ilin əvvəlində Hindistanda keçirtmək planına çoxdan sahib idi. Bu üsulla şirkət çin ilə ABŞ arasında hələ də davam edən ticarət müharibəsi fonunda özünü qorumaq istəyir.
Mənbə: Fins.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət