Slimfit
  1. CƏMİYYƏT

“Bu, insanlarımızı qorumaq üçün verilən vacib qərardır” - Hüquq müdafiəçisi

“Bu, insanlarımızı qorumaq üçün verilən vacib qərardır” - Hüquq müdafiəçisi
Sakura

“Bu, insanlarımızı qorumaq üçün verilən vacib qərardır” - Hüquq müdafiəçisi

Nazirlər Kabineti yanında operativ qərargahın son qərarı alqışa layiqdir. Hesab edirəm ki, bu, vaxtında verilən qərardır və insanların qorunmasına xidmət edir.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı qərarını şərh edərkən deyib.

Hüquq müdafiəçisi xatırladıb ki, dünyanın yüzdən artıq ölkəsində koronavirus aşkarlanıb, hətta dövlətlər öz əhalisinin sağlamlığını təmin etmək üçün nəinki daxildə kütləvi tədbirləri təxirə salıb, eyni zamanda xarici əlaqələrini mümkün qədər minimuma endirib: “İtaliyaya, İrana baxaq. Dünən İtaliyada insanlar evlərinin eyvanında durub danışırlar. Hesab edirəm ki, Azərbaycanda kütləvi tədbirlərin 1 ay müddətinə təxirə salınması vaxtında verilən qərardır.

Bilirsinizmi, biz bir az məsuliyyətsizik. Fikrimcə, belə bir qərarın verilməsi insanlarda məsuliyyət hissi yaradacaq. Vətəndaşlarımız tətbiq edilən qaydalara uyğun davranacaqlar.

Əlbəttə, mümkündür ki, dayanacaqlarda xüsusi aparatlar qoymaq və insanların hər yerdə əllərini tmizləmək imkanı olsun. Bununla dövlət həm özünü, həm də vətəndaşını müdafiə edir. Belə addımlar ancaq alqışlanmalıdır”.

Hüquq müdafiəçisinin fikrincə, belə qərarların verilməsi öz yerində, amma vətəndaşlarda təşəbbüs göstərməli, ən azından gigiyenik qaydalara əməl etməli, diqqətli olmalıdır: “Bu məsələdə əhli-keflik keçməz. İnsanlar özlərini qorumalı, tələbkar olmaldıır. Bu işə hər kəs dəstək verməli, insanlarımız həmrəylik içində olmalıdır.

Bir daha qeyd edirəm ki, kütləvi tədbirlərə məhdudiyyətlərin tətbiq edilməsi qərarı insanlarımızın qorumaq, onların qayğısına qalmaq və xəstəlikdən uzaq tutmaq məqsədilə verilib. İnsanlarımız da, əllərindən gələni etməli, bir-birini başa salmalı, maarifləndirmə işləri aparmalıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR