Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu insanlara çiyələk yemək olmaz

Bu insanlara çiyələk yemək olmaz
Sakura

Bu insanlara çiyələk yemək olmaz

Ən dadlı və ləzzətli giləmeyvələrdən biri olan çiyələyin bəzi ziyanlı xüsusiyyətləri də var.

Bu xüsusiyyətlərə görə bəzi insanlara çiyələkdən imtina etmək və ya onun istehlakını minimuma (gün ərzində 1-2 giləmeyvə) azaltmaq lazımdır.

Hansı xəstəliklər və pozulmalar zamanı çiyələk orqanizmə ziyan vura bilər?

 

1. Saglamolun.az bildirir ki, çiyələk tez-tez allergiyaya səbəb olur.

2. Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, qastroduodenit zamanı çiyələk insana ziyan vura bilər.

3. Çiyələk podaqra və oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün ziyanlı sayılır.

4. Böyrək xəstəlikləri, iltihabları, böyrək daşı xəstəliyi zamanı bu giləmeyvənin istehlakı arzuolunan deyil.

5. Mütəxəssislər kiçik yaşlı uşaqlara çiyələk verməyi tövsiyə etmirlər. Həmçinin bu hamilə qadınlara da aiddir.

Ümumiyyətlə hətta sağlam insan bir dəfəyə 100 qr-dan çox çiyələk yeməməlidir.

Çiyələyi soda əlavə olunmuş suda 15-20 dəqiqə islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır. Yalnız bu halda çiyələyi pestisid, torpaq hissəcikləri, qurd yumurtaları və s.-dan təmizləmək mümkündür.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR