Slimfit
  1. CƏMİYYƏT

Bu imtiyaz niyə mediaya şamil edilmir? – Amaşov

Bu imtiyaz niyə mediaya şamil edilmir? – Amaşov
Sakura

Bu imtiyaz niyə mediaya şamil edilmir? – Amaşov

Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vegi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır. Biz bu mərhələni “məsuliyyət mərhələsi” kimi də dəyərləndirə bilərik.

Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib.

“Söhbət Vergi Məcəlləsindən düşübsə, mən bu sənəddə əksini tapan, ancaq tamamilə başqa qərarla icra olunan məqama diqqətinizi çəkmək istərdim. Məsələyə bir neçə dəfə toxunmuşam da. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alğı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır.

Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Çünki yuxarıda qeyd etdiyim azadetmə vaxtilə Məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmaz ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir.

Yeri gəlmişkən, Məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim. Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır.

Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda, məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var. Habelə Vergi Məcəlləsinin timsalında qanunvericilik əsasının olduğunu da vurğuladım”, - Amaşov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR