Dərc edildi: Baxış sayı: 577
Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq
Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı 15-ə çatdırılacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, ötən həftədən etibarən vətəndaşlara verilən elektron arayışların sayı 8-ə çatıb. Gələn il isə vətəndaşlara əlavə olaraq daha 15 arayışın elektron formada verilməsi nəzərdə tutulur:
"Elektron arayışların sayı 30-a çatdıqdan sonra elektron arayışların verilməsi üzrə müraciətlərin sayı 1,5 milyona çatacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət