Dərc edildi: Baxış sayı: 494
Bu ilin I yarısında Azərbaycana gələn əcnəbilər kartla 591 milyon manatlıq ödəniş edib
Bu ilin I yarısında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da bildirilir.
Məlumata görə, hesabat dövründə xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 milyon manat təşkil edib. Bunun 115,1 milyon manat iyun ayının payına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət