Slimfit
  1. İQTİSADİYYAT

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq
Sakura

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq

Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq.

Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.

Roman Vasilenko qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, - XİN başçısının müavini vurğulayıb.

O, qeyd edib ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql edilir. Cənub marşrutu Türkmənistan və İrandan keçir. Türkiyə vasitəsilə İrana neftin daşınması barədə danışıqlar aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR