Slimfit
  1. İQTİSADİYYAT

Bu il yeni Bakı Limanında gübrə terminalının tikintisinə başlanıla bilər

Bu il yeni Bakı Limanında gübrə terminalının tikintisinə başlanıla bilər
Sakura

Bu il yeni Bakı Limanında gübrə terminalının tikintisinə başlanıla bilər

"Bu il Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (yeni Bakı Limanı) ərazisində gübrə terminalının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılması və tikinti işlərinə başlanılması gözlənilir".

Bu barədə “Report”a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli məlumat verib. 

"Orta Asiya ölkələrinin gübrə ixrac etmək üçün böyük potensialı var. Odur ki, Türkmənistan limanında gübrə terminalı tikilib. Belə bir layihənin Azərbaycanda reallaşdırılması da iqtisadi cəhətdən effektiv olacaq", - O deyib. 

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə "Ro-Ro" və "Ro-Pax" tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR