Dərc edildi: Baxış sayı: 575
Bu il üzrə 1 milyon hektaradək sahədə dən üçün payızlıq bitkilər səpilib
Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda, yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumatlara görə, 2019-cu ilin məhsulu üzrə 999,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 668,5 min hektarı (66,9 faizi) buğda, 331,2 min hektarı (33,1 faizi) arpa və 0,2 min hektarı (0,02 faizi) çovdar təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət