Slimfit
  1. İQTİSADİYYAT

Bu il Türkiyə ərazisi ilə 33,5 mln bareldən çox BTC nefti nəql edilib

Bu il Türkiyə ərazisi ilə 33,5 mln bareldən çox BTC nefti nəql edilib
Sakura

Bu il Türkiyə ərazisi ilə 33,5 mln bareldən çox BTC nefti nəql edilib

Bu ilin fevral ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 14,537 mln barel neft nəql edilib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 3,625 mln barel və ya 19,9 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 33,504 mln barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 4,543 mln barel və ya 11,9 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR